İraq Nazirlər Şurası Türkiyədən 100 milyon dollar dəyərində “Bayraqdar TB2” PUA-ları almaqla bağlı qərar qəbul edib. Bu barədə “Əl-Ərəbiyyə”yə İraq Müdafiə Nazirliyindən məlumat verilib.
PUA-ların dağ və səhra ərazilərini, xüsusilə Suriya ilə sərhədi qorumaq üçün istifadə ediləcəyi bildirilib.