Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Fransadan 80 ədəd “Rafale” qırıcı təyyarəsi alacaq.
Bununla bağlı Fransa Prezidenti Emmanuel Makronun Dubaya səfəri ərəfəsində müqavilə imzalanıb.
Qırıcı təyyarələrlə yanaşı, BƏƏ “Airbus” şirkətinin istehsal etdiyi “Caracal” markalı 12 hərbi helikopter də alacaq.
Fransa rəsmilərinin məlumatına əsasən, bu iki müqavilənin ümumi dəyəri 19 milyard dollardır.
Bundan başqa, Fransa Prezidentinin səfəri zamanı BƏƏ-nin “Mübadala” səhiyyə fondu ilə fransız şirkətləri arasında 10 milyard dollar dəyərində sazişin də imzalanacağı bildirilir.
AzərTAc nxatırladır ki, BƏƏ Müdafiə Nazirliyi Fransanın “Dassault Aviation SA” korporasiyası ilə danışıqlara on il əvvəl başlayıb. Birləşmiş Ərəb Əmirlikləri, eyni zamanda, ABŞ-dan F-35 qırıcı təyyarələrinin alınmasına dair danışıqlar aparıb. Lakin Vaşinqtonun ağır şərtləri səbəbindən fransız şirkəti ilə müqavilə imzalanıb.