Bayden ABŞ-ın Əfqanıstandakı itkilərinin sayını açıqlamaqda çətinlik çəkdi
"QEYD KAĞIZI"
Dünya
ABŞ Prezidenti Co Bayden cib kağızındakı qeydə baxmadan Birləşmiş Ştatların Əfqanıstandakı itkilərinin sayını açıqlaya bilməyib.
“Report” xəbər verir ki, o, Ağ Evdəki mətbuat konfransında jurnalistin ABŞ-ın itkiləri ilə bağlı sualına cavab vermək üçün pencəyinin cibindən kiçik qeyd kağızı çıxarıb.
"Bu kağız hər gün üstümdədir - biz faktiki olaraq itirdik: 2 448 nəfər amerikalı ölüb, 20 722 nəfər yaralanıb”, - Bayden deyib.
Bu məlumatlarla o, ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması haqqında qərarının düzgünlüyünü əsaslandırıb.
Əfqanıstanda vəziyyət "Taliban" hərəkatı döyüşçülərinin avqustun 15-də Kabilə girmələrindən və Prezident Sarayını nəzarət altına almalarından sonra daha da pisləşib.