
Axar.az xəbər verir ki, Səudiyyə Ərəbistanı və Fransa İranın nüvə proqramını inkişaf etdirməsindən böyük narahatlıqlarını ifadə ediblər.
İki ölkə İranın regionda sabitliyi pozan fəaliyyətinə, o cümlədən ballistik raketlər və pilotsuz uçuş aparatlarından istifadəyə qarşı mübarizə aparmağın vacibliyini vurğulayıblar.
Fransa İranın nüvə silahı əldə etməsinə və ya inkişaf etdirməsinə icazə verməməkdə qərarlı olduğunu bildirib.