Gürcüstanda ötən sutkada koronavirusa 2 354 yeni yoluxma halı qeydə alınıb, 5 200 nəfər müalicə olunaraq sağalıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzi məlumat yayıb.Son 24 saat ərzində həm də 60 nəfər vəfat edib.
Ümumiyyətlə, indiyədək ölkədə COVID-19 infeksiyası 517 098 nəfərdə aşkarlanıb. Onların 453 488-i sağalıb, 6 831-i isə ölüb.
Bu günə olan aktiv xəstə sayı 56 753 nəfər təşkil edir.