İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində silah qaçaqmalçılarının ölkəyə qanunsuz yollarla silah keçirmələrinin qarşısı alınıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Xuzistan vilayətində keçirilən əməliyyat zamanı 43 tapança, 1 pulemyot, “Kalaşnikov” markalı 2 avtomat silah, 4 ov tüfəngi və bu silahlara aid patronlar müsadirə olunub.
SEPAH-ın açıqlamasında qeyd olunub ki, bu silahlar İranın bəzi vilayətlərində ictimai-siyasi sabitliyi pozmaq məqsədilə ölkə ərazisinə gizli yollarla gətirilib.
Hadisə ilə bağlı saxlanılanlar var. Hazırda iş üzrə araşdırmalar aparılır.