
Axar.az xəbər verir ki, bunu “Rosoboroneksport”un baş direktoru Aleksandr Mixeyev deyib.
“Ənənəyə görə, biz rahatlıq üçün bütün müqavilələrdə dollarla qeyd edirik. Real işdə isə “Rosoboroneksport” Amerika valyutası ilə hesablaşmalardan çıxıb. Hindistana gəlincə, bütün qarşılıqlı hesablaşmalar rubl və rupi ilə həyata keçirilir”, - deyə Mixeyev bildirib.