Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban" qruplaşması Pəncşir vilayətindəki müqavimət qüvvələrini mühasirəyə alıb.
TASS xəbər verir ki, ölkə ərazisində "Taliban"a tabe olmayan Pəncşir bölgəsi mühasirəyə alınıb.
Bildirilib ki, "Taliban" məsələni sülh yolu ilə nizamlamağa çalışır.
Xatırladaq ki, Pəncşir Əfqanıstanın yeganə əyalətidir ki, taliblərin nəzarətində deyil. Həmin ərazidə bəzi əfqan siyasətçilər, həmçinin Əfqanıstanın qəhrəmanı Əhmədşah Məsudun oğlu Əhməd Məsudun rəhbərlik etdiyi müqavimət qüvvələri toplanıb.