Ağ Ev ABŞ Prezidenti Co Bayden və Rusiya Prezidenti Vladimir Putin arasında bu gün baş tutan videokonfransla bağlı məlumat yayıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Ağ Evin rəsmi saytında yerləşdirilən məlumatda deyilir: "Prezident Cozef R. Bayden bu gün Rusiya Prezidenti Vladimir Putinlə ABŞ-Rusiya gündəliyindəki bir sıra məsələləri müzakirə etmək üçün təhlükəsiz videokonfrans keçirib. Prezident Bayden ABŞ-ın və avropalı müttəfiqlərimizin Rusiyanın Ukrayna sərhədlərində qüvvələri artırmasından dərin narahatlığını ifadə edib və açıq şəkildə bildirib ki, ABŞ və müttəfiqlərimiz hərbi eskalasiya baş verəcəyi halda güclü iqtisadi və digər tədbirlərlə buna cavab verəcək. Prezident Bayden Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan edib və Rusiyanı gərginliyi azaltmağa və diplomatiyaya qayıtmağa çağırıb.
Prezidentlər öz komandalarına prosesi yaxından izləməyi tapşırıblar. ABŞ bu istiqamətdə addımlarını müttəfiqləri və tərəfdaşları ilə sıx koordinasiya edəcək.
Prezidentlər həmçinin Strateji Sabitliklə bağlı ABŞ-Rusiya dialoqunu, eləcə də regional məsələlərdə əməkdaşlığı müzakirə ediblər".
**21:56
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Cozef Bayden arasında videokonfrans formatında keçirilən danışıqlar başa çatıb.
TASS xəbər verir ki, danışıqlar qapalı şəraitdə keçib və iki saat davam edib.
Qeyd edək ki, bu, iki ölkə liderinin ikinci görüşüdür. İlk təkbətək danışıqlar bu ilin iyununda Cenevrədə keçirilib, o zaman dövlət başçıları müəyyən razılıqlar əldə ediblər.
**19:50
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Cozef Bayden ilk dəfə telekonfrans formatında keçirilən ikitərəfli danışıqlara başlayıblar.
TASS xəbər verir ki, liderlərin Ukrayna ətrafındakı vəziyyəti və strateji sabitlik məsələlərini müzakirə edəcəyi gözlənilir. Onlar həmçinin regional təhlükəsizlik mövzularına, o cümlədən Əfqanıstandakı vəziyyətə toxuna bilərlər.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun qeyd etdiyi kimi, Putinlə Bayden arasında ünsiyyət kifayət qədər uzun davam edə bilər.
İki lider arasında bugünkü söhbət Baydenin Amerika Prezidenti vəzifəsinə başlamasından bugünədək beşinci söhbətdir. Bundan əvvəl iki dövlətin başçıları üç dəfə telefonla danışıblar, iyunun ortalarında isə Cenevrədə təkbətək görüş keçiriblər. Təkbətək söhbət iki saata yaxın davam edib və hər iki tərəfin fikrincə, konstruktiv olub.