
Senzor.az bildirir ki, məlumatı pandemiyanın onlayn statistikasını aparan worldometers.info saytı yayıb.
Qeyd olunur ki, ötən 24 saat ərzində 598 min 902 nəfər yeni koronavirusa yoluxub, 7 min 913 nəfər isə pandemiyanın qurbanı olub. Bununla da yoluxanların ümumi sayı 267 milyon 371 min 32, ölənlər isə 5 milyon 286 min 309 nəfərə çatıb.
Ötən sutka ərzində virusa ən çox yoluxma halı (107 min 642 nəfər) və bu xəstəlikdən ölüm faktı (1722 nəfər) ABŞ-da qeydə alınıb.