İran və Türkiyə liderləri arasında söhbət
NƏDƏN DANIŞIBLAR?
İran Prezidenti İbrahim Rəisi və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
 
İran KİV-ləri xəbər verir ki, telefon danışığı zamanı dövlət başçıları müştərək əməkdaşlığın, xüsusilə iqtisadi sahədə və terrorizmlə mübarizədə ikitərəfli əməkdaşlığın inkişafını vurğulayıblar.
 
Rəisi deyib ki, terrorizmlə mübarizədə əsas yol ölkələrin hakimiyyətinə hörmətlə yanaşmaqdadır: "İran İslam Respublikasının terrorizmlə mübarizədə parlaq keçmişini nəzərə alaraq bütün ölkələrlə bu istiqamətdə əməkdaşlıq etməyi alqışlayırıq".
 
İran lideri Tehran və Ankara arasında ticari-iqtisadi əlaqələrin əhəmiyyətindən danışıb və bildirib ki, tezliklə Tehranda iki ölkənin müştərək iqtisadi komissiyasının iclası keçiriləcək, əməkdaşlıqlar yeni mərhələyə qədəm qoyaraq inkişaf edəcək: “Biz təkidlə bildiririk ki, regiondakı problemlər region daxilində və ölkələrin fəal iştirakı ilə həll olunmalıdır. Əcnəbilərin müdaxiləsinə ehtiyac yoxdur”.
 
Türkiyə prezidenti Tehran-Ankara arasındakı müştərək əməkdaşlıq komissiyasının iclasının keçirilməsinin zərurətindən danışıb və qeyd edib ki, Tehrana gələcək səfəri iki ölkənin münasibətlərinin yeni mərhələyə qədəm qoyması və inkişafına yol açacaq.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.