Bu gün Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin cinayət işi üzrə növbəti məhkəmə iclası keçiriləcək.
Tbilisi Şəhər Məhkəməsində baxılacaq iş siyasətçinin Gürcüstanın dövlət sərhədini qanunsuz keçməsi ilə bağlıdır.
İclas saat 12:00-da başlayacaq.
M.Saakaşvili ötən gün yaydığı məktubda sağlamlıq durumu səbəbindən prosesdə iştirak etməyəcəyini bildirib.
“Report” xatırladır ki, sabiq dövlət başçısı bu il sentyabrın 28-də Gürcüstana qeyri-qanuni yolla daxil olub və oktyabrın 1-də Tbilisidə saxlanılıb. Onun ölkəyə gizli yolla gəlməsi ilə bağlı 4 nəfər saxlanılıb.