BMT Təhlükəsizlik Şurasında iclas keçirilərkən işıqlar sönüb.
TASS xəbər verir ki, hadisə ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Riçard Millsin çıxışı zamanı baş verib.
Amerikalı diplomat Suriyada kimyəvi silahlardan istifadə barədə danışıb. Elə bu zaman işıqlar sönüb və dərhal da yenidən yanıb.
Mills çıxışını davam etdirib.