Rusiyada son sutka ərzində koronavirusa 19 454 yeni yoluxma halı qeydə alınıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bununla ölkə üzrə virusa yoluxanların sayı 6 766 541 nəfərə çatıb.
Rusiyada son bir gündə həm də 776 pasiyent vəfat edib və pandemiya qurbanlarının ümumi sayı 176 820 nəfər olub. İndiyədək 6 034 867 xəstə sağalıb.
Xatırladaq ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan, Braziliya və Fransadan sonra beşinci yerdədir.