Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Cozef Baydenlə telefon danışığı zamanı Rusiya Prezidenti Vladimir Putinlə birbaşa danışıqlara hazır olduğunu bildirib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Ukrayna Prezidentinin Aparat rəhbərinin müavini Andrey Sibiqa deyib.
O bildirib ki, ötən gecə aparılan telefon danışığında Ukrayna Prezidentinin Rusiya Prezidenti Vladimir Putinlə birbaşa dialoqa hazır olduğu vurğulanıb: “Ukrayna tərəfi bu danışıqlara hazırdır, müvafiq mövqeyə malikdir və ümid edirik ki, həm də tərəfdaşlarımızın dəstəyi ilə belə bir danışıq baş tutacaq”.
Məlumatda o da qeyd olunur ki, bundan əvvəl V. Zelenski özü də dəfələrlə Putinlə şəxsi görüş keçirməyə və Ukraynanın şərqindəki münaqişənin həllini müzakirə etməyə hazır olduğunu bildirib.