Rusiyanın Serpuxov şəhərindəki qadın monastırının ərazisində qurğunun partlaması nəticəsində 8 nəfər yaralanıb.
Bu barədə TASS məlumat yayıb. Bildirilir ki, yaralananların 7-si uşaqdır.
Lap son məlumata görə isə, partlayışı törədən və yaralanan gənc ölüb.
"Rəsmi məlumata görə, partlayışı pravoslav gimnaziyasının on səkkiz yaşlı məzunu törədib. Partlayış nəticəsində bir nəfər - onu törədən şəxs ölüb. Allaha şükürlər olsun ki, digər qurbanlar yoxdur", - deyə Serpuxov dairəsinin keşişi İqor Çaban bildirib.
**11:41
Rusiyanın Serpuxov şəhərindəki qadın monastırının ərazisində naməlum qurğunun partlaması nəticəsində iki nəfər xəsarət alıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Fövqəladə hallar xidmətinin nümayəndəsi məlumat verib.
Qeyd olunub ki, xəsarət alanlardan biri 15 yaşlı yeniyetmədir.
“İlkin məlumata görə, Serpuxov qadın monastrının ərazisindəki pravoslav gimnaziyasının girişinin yaxınlığında naməlum şəxs partlayış törədib. Hadisə nəticəsində kişi özü, eləcə də yoldan keçən 15 yaşlı yeniyetmə xəsarət alıb.
Həmin şəxs xəstəxanaya yerləşdirilib və huşsuz vəziyyətdədir”, - məlumatda vurğulanıb.
Moskva vilayətinin prokuroru Sergey Zabaturin və Serpuxov şəhər prokurorunun səlahiyyətlərini icra edən Valeri Kukuşkin hadisə yerinə gediblər.