
Bu barədə yerli media məlumat yayıb.
Məlumata görə, aparılan araşdırmaların nəticələrinə əsasən, İstintaq Komitəsi müəyyən edib ki, 2021-ci ilin iyul ayında müdafiə nazirliyinin kommunal əməliyyatlar üzrə rəis müavini, polkovnik-leytenant A.K. ilə hərbi hissənin qərargah rəisi, polkovnik-leytenant T.P.-nin törətdikləri cinayət əməlləri sübut olunub.
Erməni deputat: "Müharibədə yaralananlara baxan yoxdur"Bildirilir ki, hər iki şəxs bir neçə hərbi ləvazitatların 44 günlük müharibə zamanı hərbi əməliyyatlar nəticəsində yalandan itirilmiş kimi qeydə alıb. Beləliklə, ümumi dəyəri 6 milyon 726 min dram olan çadırlar oğurlanıb.
Daha sonra A.K. və T.P. oğurlanmış çadırların yenidən Müdafiə Nazirliyinə satılması ilə bağlı cinayət addımı ataraq müqavilə sənədi təşkil ediblər.