
Senzor.az bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Koronavirusun yayılmağa başlamasından indiyədək dünyada 270 031 622 yoluxma və 5 310 502 ölüm halı qeydə alınıb.
Gün ərzində yoluxanların sayı 395 564 nəfər, ölənlərin sayı 5 312 nəfər olub.
Yoluxma hallarının əksəriyyəti ABŞ-da qeydə alınıb - 49 629 855. Ondan sonra Hindistan (34 703 644), Braziliya (22 167 781), Böyük Britaniya (10 873 472) və Rusiya (10 milyon) gəlir.
Ölənlərin də sayı ən çox ABŞ-dadır - 790 920, ikinci sırada Braziliya (616 251), üçüncü yerdə isə Hindistan (475 888) qərarlaşıb.