Türkiyənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıç ölkənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyin edilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu BƏƏ-yə səfəri zamanı məlumat verib.
Xatırladaq ki, Mövlud Çavuşoğlu Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində müəyyən addımlar atılacağı barədə iki gün əvvəl - Türkiyə Böyük Millət Məclisində büdcə müzakirələrində çıxış edərkən məlumat vermişdi. O, konkret iki məsələni vurğulamışdı: çarter reyslərinin açılacağını və xüsusi nümayəndələrin təyin ediləcəyini. Onu da əlavə etmişdi ki, "Hər addımda Azərbaycanla birlikdə hərəkət edəcəyik".