Qırğızıstan-Tacikistan sərhədində növbəti silahlı insident – BU DƏFƏ NƏ BAŞ VERİB?
Qırğızıstanla Tacikistan arasında sərhəddə silahlı insident qeydə alınıb.
 
Bu barədə Qırğızıstanın "AKIpress" xəbər agentliyi məlumat yayıb.
 
Məlumata görə, Qırğızıstan vətəndaşları Batken vilayətinin Batken rayonunun Koço-Boyu kəndi ərazisində tikinti işləri aparıblar. Hadisə yerinə gələn Tacikistan sərhədçiləri tikintinin dayandırılmasını tələb etməyə başlayıblar. Daha sonra mübahisə davaya çevrilib. Dava zamanı tacik hərbçilərindən biri “Makarov” tapançasından havaya 4 dəfə atəş açıb.
 
Tərəflər birtərəfli araşdırmalar aparmaq və nəticələri ümumiləşdirmək üçün görüşmək barədə razılığa gəliblər. Tacikistan tərəfi silahdan istifadənin qanunsuz olduğunu etiraf edib, çünki Qırğızıstan vətəndaşları sərhəd xəttinə yaxın deyil, Koço-Boyu kəndi daxilində tikinti işləri aparıblar.
 
Senzor.az xatırladır ki, Tacikistanla Qırğızıstan arasındakı sərhədin uzunluğu təqribən 980 km-dir, Sovet İttifaqının dağılmasından sonra onlarla mübahisəli hissələr qalıb. Bu səbəbdən iki respublikanın sakinləri ilə hərbçilər arasında vaxtaşırı silahlı münaqişələr baş verir. Axırıncı insident dekabrın 1-də qeydə alınmışdı. Qırğızıstanın Batken vilayətinin Daxma ərazisində şərti sərhəd xəttinin yaxınlığında naməlum şəxslər 7 nəfəri atəşə tutmuşdular. Qırğızıstan və Tacikistan hərbçiləri arasında silahlı toqquşmaya çevrilən daha bir ciddi münaqişə isə aprelin sonu - mayın əvvəlində baş vermişdi.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.