
Senzor.az bildirir ki, məlumatı pandemiyanın onlayn statistikasını aparan worldometers.info saytı yayıb.
Qeyd olunur ki, ötən sutka ərzində 718 min 723 nəfər yeni koronavirusa yoluxub, 7 min 34 nəfər isə pandemiyanın qurbanı olub. Bununla da yoluxanların ümumi sayı 273 milyon 206 min 284, ölənlərin sayı isə 5 milyon 352 min 755 nəfərə çatıb.
Ötən sutka ərzində virusa ən çox yoluxma halı (144 min 871 nəfər) ABŞ-da, bu xəstəlikdən ölüm faktı isə (1133 nəfər) Rusiyada qeydə alınıb.