Ərdoğan İstanbulda Afrika İttifaqına üzv dövlətlərin lideləri ilə görüşəcək – HƏR GÖRÜŞƏ 45 DƏQİQƏ VAXT AYRILIB
İstanbulda III Türkiyə-Afrika Ortaqlıq Zirvə toplantısı keçirilir. 
 
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu gün başlayan toplantıda Türkiyə və Afrika İttifaqına üzv dövlətlərin uyğun nazirləri ilə səhiyyə, təhsil, kənd təsərrüfatı sahələrinə dair məsələlərin ikitərəfli müzakirəsi gözlənilir.
 
Zirvə toplantısında Türkiyə ilə Afrika qitəsi arasında hər sahədə inkişaf edən əlaqələr, o cümlədən 2022-2026-cı illərdə Afrikanın xeyrinə reallaşdırılacaq konkret layihələr, bəyannamə, fəaliyyət planı və ortaq icra hesabatı ilə qəbul ediləcək. Bu sənədələr növbəti zirvəyə qədər olan dövrdə rəhbər tutulacaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan III Türkiyə-Afrika Ortaqlıq Zirvəsi çərçivəsində afrikalı həmkarları ilə ikitərəfli görüşlər keçirəcək.
 
Məlumata görə, Nigeriya Prezidenti Məhəmməd Buxari, Somali Prezidenti Məhəmməd Farmajo, Liviya Prezidentlik Şurasının sədri Məhəmməd Əl-Menfi, Mərkəzi Afrika Respublikasının Prezidenti Fosten-Arkanje Tuader, Mavritaniya Prezidenti Məhəmməd Ulda Şeyx Qazuani, Efiopiyanın Baş naziri Abiy Əhməd Əli, Ruanda Prezidenti Pol Kaqame, Cibuti Prezidenti İsmayıl Ömər Gelle Zirvə toplantısında iştirak etmək üün Türkiyədə səfərdədirlər. Türkiyə Prezidentinin Afrika ölkələri liderlərinin hər biri ilə 45 dəqiqə görüşü planlaşdırılıb.
 





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.