ABŞ Hərbi Hava Qüvvələrinin səsdən sürətli AGM-183A raketinin ARRW (Air-Launched Rapid Response Weapon) proqramı çərçivəsində növbəti sınağı uğursuz nəticələnib.
Bu barədə ixtisaslaşmış The War Zone portalı məlumat yayıb.
Məlumata əsasən, raket gücləndiricisinin sınaqları dekabrın 16-da həyata keçirilib. Sınaq raketinin B-52 strateji bombardmançı təyyarəsindən buraxılması nəzərdə tutulurdu. Raket səs sürətini beş dəfə aşmalı idi.
“Start əməliyyatlarının ardıcıllığı naməlum problem səbəbindən pozulub. Raket telemetriya və bort məlumatlarının təhlili üçün istehsalçıya qaytarılacaq”, - deyə ABŞ Hərbi Hava Qüvvələrinin nümayəndəsi bildirib. Pentaqon uçuş sınaqlarının mümkün qədər tez bir zamanda bərpa ediləcəyini gözləyir.
AZƏRTAC xatırladır ki, bu, həmin raketin üçüncü uğursuz sınağıdır. Mütəxəssislər uğursuzluğun səbəbini hələlik aydınlaşdıra bilməyiblər.