İranda koronavirusun "omicron" ştammı aşkarlandı - FÖVQƏLADƏ İCLAS
İranda koronavirusun "omicron" ştammı aşkarlanıb.
 
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Məhəmməd Haşemi deyib.
 
M.Haşeminin sözlərinə görə, bununla əlaqədar bu gün İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyində nazir Bəhram Eynullahinin iştirakı ilə təcili iclas keçirilib və İranda “omicron”ştamının mövcud olduğu təsdiqlənib.
 
Haşemi əlavə edib ki, iclasda yeni səhiyyə qaydalarının tənzimlənməsi haqda müzakirələr aparılıb.
 
Qeyd edək ki, “omicron” ştammına bir Tehran sakininin İranın qonşu ölkələrdən birinə səfər etməsi ilə yoluxduğu bildirilir.
 
Yeri gəlmişkən, İranda ötən sutka ərzində 1 968 nəfər koronavirusa (COVID-19) yoluxub, 50 nəfər ölüb.
 
Bununla da İranda bu virusdan ölənlərin sayı 131 083 nəfərə, yoluxanların sayı isə 6 170 979 nəfərə çatıb. 
 
İndiyədək ölkədə 6 004 277 nəfər koronavirusdan sağalıb.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.