Çilidə yeni Prezident – 35 YAŞI VAR
Çilidə Sol koalisiyasının namizədi, 35 yaşlı siyasətçi Qabriel Boriç ölkənin yeni Prezidenti seçilib.
 
BBC xəbər verir ki, dekabrın 20-də ölkədə prezident seçkilərinin ikinci turu keçirilib.
 
Q.Boriç səsvermədə iştirak edən seçicilərin səslərinin 55,8 faizini toplayıb.
 
Onun rəqibi-Respublikaçılar Partiyasnın namizədi Xose Antonio Kasta isə seçicilərin 44,19 faizi səs verib.
 
Hazırkı Prezident Sebastyan Piner Qabriel Boriçi seçkilərdəki qələbəsi münasibətilə təbrik edib. Xose Antonio Kasta da məğlubiyətinin etiraf edərək bildirib: “Mübarizənin qalibi hörmətimizə layiqdir”.
 
Q.Boriçin andiçmə mərasimi 2022-ci il martın 11-də keçiriləcək. O, ölkə tarixində ən gənc Prezident və dünyanın ən gənc siyasi liderlərindən biri olacaq.
 
Seçki kampaniyası zamanı Q.Boriç sərvət vergisinin tətbiqi, mədən sənayesindən royaltilərin yığılması (mis Çilinin əsas ixrac məhsuludur), abortların qanuniləşdirilməsi, pulsuz təhsilə keçid və hüquq-mühafizə orqanlarında islahatlarla bağlı vədlər verib.
 
“Report” xatırladır ki, prezidenti seçkisinin birinci turu noyabrın 22-də keçirilmişdi.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.