
Senzor.az bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Məlumata görə, dünyada son sutka ərzində daha 541 319 nəfər koronavirusa yoluxub və COVID-19-a yoluxanların ümumi sayı 275 233 892 nəfərə çatıb. Virusdan ölənlərin sayı isə daha 5 735 nəfər artaraq 5 364 996 nəfər olub.
Dünyada koronavirusa ən çox yoluxma halı (50 565 638) ABŞ-da qeydə alınıb.
Ölənlərin sayına görə də ABŞ öndədir - 799 942 nəfər.