Qazaxıstan Senatı (parlamentin yuxarı palatası) ölüm hökmünün ləğvi ilə bağlı qanunvericiliyə əlavə və dəyişikliklər haqqında qanunu qəbul edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkə parlamentinin saytı məlumat yayıb.
Dəyişikliklərdə ölüm cəzasının ölkənin Cinayət Məcəlləsindəki bütün müvafiq maddələrindən çıxarılması təklif edilir.
Senat qanuna dəyişikliyi BMT-nin Mülki və Siyasi Hüquq Haqqında Paktın ikinci fakültativ protokolu əsasında hazırlayıb. Qazaxıstan bu protokolu 2021-ci ilin yanvarında ratifikasiya edib.
Bundan sonra Cinayət Məcəlləsində ən ağır cəza ömürlük həbs olacaq.
Qanun imzalanmaq üçün Qazaxıstan Prezidentinə təqdim ediləcək.