Türkiyə və Qətər Əfqanıstanın paytaxtı Kabildə yerləşən hava limanını birgə idarə edə bilərlər.“Haber Global”ın məlumatına görə, bu barəd Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun dekabrın 7-də Qətərə səfəri zamanı razılıq əldə olunub.
Türkiyə və Qətər nümayəndələri bu gün Kabilə səfər edəcək və sözügedən razılığı Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” hökumətinə çatdıracaqlar.