
IRNA agentliyinin məlumatına görə, İran Prezidenti İbrahim Rəisi bildirib ki, milyonlarla miqrantın problemlərini həll edəcək bir təşkilatın yaradılması hökumətin gündəmindədir.
Onun sözlərinə görə, idarə İran İslam Respublikasında yaşayan əfqan qaçqınlarına yardım göstərəcək.
Azvision.az xatırladır ki, BMT-nin məlumatına görə, hazırda İranda Əfqanıstandan olan 780 mindən çox qaçqın var. 2,2 milyondan çox əfqan isə ölkədə qeyri-qanuni yaşayır. İrandakı qaçqınlara səhiyyə, təhsil və iş imkanı verilib.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) idarəsi isə 2021-ci ildə Əfqanıstandan İrana 500 minə yaxın qaçqının gəldiyini bildirib.
