Koronavirus infeksiyasının “omicron” ştamı artıq 110 ölkədə aşkarlanıb. Bu ştam “delta” variantından daha sürətlə yayılsa da, nisbətən az ağır ola bilər.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu fikir Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) cümə günü yenilənmiş informasiyasında yer alıb.
“Dekabrın 22-nə olan məlumata görə, “omicron” dünyanın 110 ölkəsində, ÜST-nin bütün altı regionunda aşkarlanıb”, - deyə təşkilatın bəyanatında bildirilib.
Qeyd olunub ki, “omicron” ştamı “delta” variantından çox sürətlə yayılır və nisbətən az ciddi ola bilər. Lakin hələlik vaksinlərin xəstəliyin yüngül keçməsinə nə dərəcədə təsir göstərdiyi məlum deyil.
Qeyd edək ki, “omicron” ştamı ilk dəfə noyabr ayında Afrikanın cənubunda aşkarlanıb. Mütəxəssislərin fikrincə, o, pandemiya dövrü ərzində alimlərin müəyyən etdiyi digər ştamlara nisbətən daha sürətlə yayılır və çox sayda mutasiyaya malikdir.