ABŞ Müdafiə Nazirliyi Ukraynanı müasir kəşfiyyat məlumatları ilə təmin etmək planı üzərində işləyir. Məqsəd Kiyevin Rusiyanın potensial davranışlarına(Hərbi fəallıq-red.) daha tez reaksiya verə bilməsinə nail olmaqdır.
Bu barədə "New York Times" Bayden adminstrasiyasındakı mənbələrinə istinadən məlumat yayıb.
“Kəşfiyyat məlumatlarında xüsusi şəkillər də nəzərdə tutulur ki, burada rus qoşunlarının sərhədi keçmək üçün hərəkətə gəlib-gəlməməsi əks olunacaq. Bu cür məlumatlar vaxtında paylaşılarsa, bu, Ukrayna hərbçilərinə hücumun qarşısını almağa imkan verə bilər”, - deyə nəşr yazıb.
Adının açıqlanmasını istəməyən məlumatlı mənbənin sözlərinə görə, ABŞ kəşfiyyat xidməti orqanları artıq Kiyevə böyük həcmdə məlumatlar əldə etmək imkanı yaradıb.
Azvision.az xatırladır ki, Ukrayna və Qərb ölkələri son zamanlar Rusiyanın sərhəddə aqressiv davranışlarından narahat olduqlarını bəyan edirlər. Moskva isə bu ittihamları rədd edir.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, ölkəsi öz ərazisində və öz istəyinə uyğun qoşun yerdəyişmələri edir. Bu isə heç kimi təhdid etmir və heç kimi narahat etməməlidir. Moskva vurğulayır ki, Qərb bu cür bəyanatlardan Rusiya sərhədləri yaxınlığında NATO-nun hərbi qruplaşmasını yaratmaq üçün bəhanə kimi istifadə edir.