
“Mehr” agentliyi bildirir ki, bu barədə polkovnik Reza Dövlətşahi məlumat verib.
Onun sözlərinə görə, hadisə Əhvaz-Xürrəmşəhr avtomobil yolunda qeydə alınıb.
Bildirilib ki, fəhlələri aparan avtobus, bir yük maşını və 3 minik avtomobili toqquşub. Nəticədə 10 fəhlə ölüb, 5-i yaralanıb.
Hadisə yola xırda buynuzlu heyvanların çıxması səbəbindən baş verib.