Gürcüstanda daha 19 nəfərdə koronavirusun “omicron” ştamı aşkarlanıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, bununla da ölkədə “omicron”a yoluxanların ümumi sayı 48-ə çatıb.
Xatırladaq ki, Gürcüstanda COVID-19-un mutasiya etmiş növünə ilk yoluxma halı dekabrın 20-də təsdiqlənib.
Bu arada o da məlum olub ki, son sutka ərzində Gürcüstanda daha 2 090 nəfər koronavirusa yoluxub, 76 pasiyent vəfat edib, 1 768 nəfər isə müalicə olunaraq sağalıb.
Ümumiyyətlə, pandemiya başlayandan qonşu ölkədə COVID-19-a 922 707 yoluxma halı qeydə alınıb. Yoluxanların 878 022-si sağalıb, 13 443-ü ölüb.