Çində koronavirusa yoluxanların sayı artdı - SAXLANILANLAR VAR
Ötən gün Çinin Şansi əyalətinin Sian şəhərində koronavirus (COVID-19) infeksiyası ilə bağlı analiz verən 158 nəfərdən yalnız üçünün nəticəsi mənfi olub.
 
Bu barədə Çin Xalq Respublikasının Dövlət Səhiyyə Komitəsi məlumat yayıb.
 
Qeyd olunub ki, ciddi karantin tədbirlərinə baxmayaraq, şəhərdə infeksiyanın yayılması artmaqdadır.
 
Bildirilib ki, koronavirusun yayılmasının qarşısının alınması məqsədilə Sian şəhərindən digər şəhərlərə aviareyslər ləğv edilib, qatarların və şəhərlərarası avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Səlahiyyətlilər təcili hallar istisna olmaqla, sakinlərdən evlərini tərk etməməyi tələb edir. Ailədə yalnız bir nəfərə iki gündə bir dəfə ərzaq və zəruri mallar almaq üçün mağazalara baş çəkməyə icazə verilir.
 
O da qeyd olunub ki, indiyədək ölkədə dünyada aktiv şəkildə yayılan “omicron” ştamı ilə 7 yoluxma halı müəyyən edilib. Dörd yoluxma halı Quançjou şəhərində, ikisi Çanşa şəhərində və biri Tianjin şəhərində qeydə alınıb.
 
Mərkəzi İntizam Təftiş Komissiyası bildirib ki, Sian şəhərində 26 məmur COVID-19-un qarşısının alınması və ona nəzarət sahəsində zəif fəaliyyətlərinə görə mühakimə olunub.(“Report”)





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.