İsrailin Baş naziri Naftali Bennett qızının koronavirus testinin müsbət çıxmasından sonra özünü təcrid edib.
“RİA Novosti” bildirir ki, bu barədə Baş nazirin mətbuat katibi Anna Yonatan-Leus məlumat verib.
“Hökumət iclası zamanı Bennet qızının koronavirus testinin müsbət çıxdığını öyrənib və dərhal iclası tərk edib”, - deyə Yonatan-Leus bildirib.
Bundan sonra hökumətin iclasına ədliyyə naziri Gideon Saar sədrlik edib.
Məlumata görə, Bennett yeni PCR testindən keçəcək.