Yaponiyada güclü qar fəsadlar törədib -
FOTO
Soyuq hava kütlələrinin gətirdiyi güclü qar Yapon dənizi sahillərində geniş ərazilərdə fəsadlar törədib.
 
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Yaponiyada belə güclü və davamlı soyuq hava axınları son illər qeydə alınmayıb. 
 
Xüsusən Hönşü adasının qərb sahillərinə güclü yağıntı düşdüyü bildirilir. Belə ki, Hyoqo prefekturasının Asaqo şəhərində dekabrın 27-də səhər saatlarında 71 santimetr qalınlığında qar yağması qeydə alınıb. Şiqa prefekturasının Hikone şəhərinə isə 68 santimetr qar düşdüyü bildirilir. Hər iki göstəricinin belə statistikanın aparılmasına başladıqdan sonra ən yüksək rəqəmlər olduğu qeyd edilir. Nəticədə yollarda tıxaclar əmələ gəlib, aviaşirkətlərin yüzədək yerli reysi təxirə saldığı bildirilir. 
 
Güclü yağıntının qar uçqunları yarada biləcəyi də istisna olunmur. Həmçinin elektrik xətlərini üzərində toplanan çoxlu qar səbəbindən enerjinin verilişində fasilələr yarana biləcəyi də gözlənilir.
 
Meteoroloqlar qar buludlarının şərq istiqamətində hərəkət edərək, Hokuriku, Tohoku və Hokkaydo rayonlarına çatacağı barədə xəbərdarlıq edirlər.
 
Qarşıdakı 24 saat ərzində Niiqata prefekturasında 90, Kansay regionunda və Qifu prefekturasında 80 santimetr qar yağacağı proqnozlaşıdırılır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.