Son vaxtlar İsrail ilə İran arasında olan gərginlik yenidən artıb. İsraildən, ehtiyac yaranacağı təqdirdə İranın nüvə obyektlərinə zərbə endiriləcəyi ilə bağlı bəyanatlar da səslənir.
"İMA Media" Tehranın artan təhdidlərə raket təlimi ilə cavab verdiyini yazıb. Məqalədə qeyd edilir ki, İran israillilərin bəyanatlarına cavab olaraq silahlı qüvvələrin raket hücumunu əks etdirən video görüntülər yayıb.
“İran Silahlı Qüvvələrinə aid kadrlarda İsrailin Dimonadakı nüvə mərkəzinin maketinə ballistik raketlər və kamikadze pilotsuz təyyarələrin birgə zərbəsinin işlənib hazırlanmasını nümayiş etdirir. Təlim zamanı İran hərbçiləri hədəfə təxminən 16 "Zelzal", "Zolfaghar", "Dezful", "Ghadr", "Emad" və "Sejil" raketləri atıb, həmçinin bir qrup "Shahed-136" kamikadze pilotsuz uçan aparatından da istifadə edilib”, - deyə məqalədə vurğulanıb.
Qeyd olunub ki, “Zelzal” və “Zolfqar” raketləri İran ərazisindən İsraili vura bilməz. Lakin lazım gələrsə, bu silahlar Livan, Suriya, Yəmən və hətta İraq ərazilərində yerləşdirilə bilər.