
Bu barədə TVN24 telekanalı şəhər polisinə istinadən məlumat yayıb.
Məlumata görə, yerli vaxtla təxminən saat 14:00-da (Bakı vaxtı ilə 17:00-da) diplomatik nümayəndəliklərin mühafizə idarəsi tərəfindən qorunan obyektdə insident baş verib. Səfirliyin binasına içərisində tezalışan maye olan şüşə - “Molotov kokteyli” atılıb.
İlkin məlumata görə, şübhəli şəxs saxlanılıb.
Hələlik zərərçəkənlər və binaya dəymiş maddi ziyan barədə məlumat verilmir.