Sudanda qızıl mədəni çökdü –
40-DAN ÇOX ŞAXTAÇI HƏLAK OLDU
Sudanda qızıl mədəninin çökməsi nəticəsində 40-dan çox adam ölüb.
 
Məlumatı TASS yayıb. 
 
Qərbi Kordofan ştatında xilasedicilər sağ qalanların tapılması ümidi ilə axtarışları davam etdirirlər. Mədəndə 46-ya yaxın adamın çalışdığı bildirilib.
 
Qızıl filizinin kustar üsullarla işləndiyi Umm Darsaya özəl qızıl mədənində bazar günü baş verən qəza nəticəsində bir neçə quyu eyni anda çöküb, bu da yerin altında olan şaxtaçıların çoxunun çölə çıxmaq şansını sıfıra endirib.
 
Çoxdan qəzalı hesab olunan şaxtada yanvar ayında qayanın uçması nəticəsində dörd şaxtaçı həlak olmuşdu.
 
Bundan əvvəl hökumət şaxtada bütün işləri qadağan edib, ərazidə yerli təhlükəsizlik qüvvələrinin mühafizəçiləri yerləşdirib. Lakin təxminən iki ay əvvəl mühafizəçilər mədəndən çıxanda işçilər yenidən ora daxil olaraq qanunsuz qazma işlərinə davam ediblər.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.