
Bu barədə “NBC” telekanalı məlumat yayıb.
Qeyd olunub ki, Kaliforniyada supermarket işçisi olan 25 yaşlı Kuaçua Briyon Syun cümə axşamı tutulub və hazırda həbsdədir. Polis həmin şəxsin avtomobilindən “AR-15” silahı, döyüş sursatı, zirehli geyim və ilk tibbi yardım dəsti aşkar edib.
Məlumata görə, o, sui-qəsdi həyata keçirmək üçün birbaşa Ağ Evə getmək niyyəti ilə dekabrın 18-də evini tərk edib. Syun müstəntiqlərə deyib ki, öldürmək niyyətində olduğu pis adamların siyahısını tərtib edib. Siyahıda Bayden, Obama və Zukerberqdən başqa, ABŞ-ın yoluxucu xəstəliklər üzrə baş mütəxəssisi Entoni Faucinin də adı var. O, telefonuna yüklədiyi proqramla hədəf olaraq Ağ Evi seçib.
Azvision.az-ın məlumatına görə, şübhəli şəxs bildirib ki, həbsdən azad olunarsa, dərhal Ağ Evə gedəcək, planı yerinə yetirmək üçün əlindən gələni edəcək.