
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, müvafiq fərman Rusiyanın rəsmi hüquqi informasiya portalında dərc edilib.
Qeyd edək ki, Massi tarixçi, yazıçı, ictimai və dövlət xadimidir. O, 1984-1988-ci illərdə ABŞ prezidenti Ronald Reyqanın müşaviri olub və Rusiya-Amerika münasibətlərinin normallaşması, soyuq müharibənin başa çatmasında mühüm rol oynayıb. Massi 1985-1986-cı illərdə Reyqanla keçmiş SSRİ prezidenti Mixail Qorbaçov arasında Cenevrədə və Reykyavikdəki görüşlərin hazırlanmasında iştirak edib.

Reyqana rus dilində “inan, amma sına” atalar sözünü tələffüz etməyi məhz Massi öyrədib.