 İsrail ABŞ-ın “Boeing” şirkətinin istehsalı olan yeni “KC46” markalı yanacaqdolduran təyyarələrin  alınması ilə bağlı müqavilə imzalayıb.
İsrail ABŞ-ın “Boeing” şirkətinin istehsalı olan yeni “KC46” markalı yanacaqdolduran təyyarələrin  alınması ilə bağlı müqavilə imzalayıb.Senzor.az bildirir ki, bundan başqa İsrail ABŞ-dan 12 hərbi helikopter də alacaq.
ABŞ-ın “Lockheed Martin” şirkətinin istehsalı olan helikopterlər İsrailin köhnəlmiş “Sikorsky CH-53” (“Yasur”) hücum helikopterlərini əvəzləyəcək.
Məlumata görə, ABŞ-la İsrail arasında bu anlaşmaların ümumi dəyəri 2 milyard dollara yaxındır.
Helikopterlərin İsrailə 2026-cı ildə gətiriləcəyi gözlənilir.
 
												
						 
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                        