İraqda bir ailənin 20 üzvü evdə ölmüş vəziyyətdə tapıldı -
MÜƏMMALI HADİSƏ
İraqın Babil vilayətində bir ailənin 20 üzvü evlərində ölü tapılıb.
 
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə İraq Ordusu məlumat yayıb.
 
Təhlükəsizlik qüvvələri axtarışda olan bir nəfərin həmin evdə gizləndiyini aşkarlayıb. Evin sahibi təhlükəsizlik qüvvələrinin əməkdaşlarına atəş açıb, iki hərbçi yaralanıb. Ev mühasirəyə alınıb. 
 
Təhlükəsizlik qüvvələri evə daxil olan zaman isə ailənin 20 üzvünü ölü tapıblar.
 
İraq mediası terrorizmlə bağlı axtarışda olan 4 kişinin öncə ailə üzvlərini, daha sonra isə özlərini güllələdiklərini yazıb.
 
Ev sahibinin bacısı isə telekanallardan birinə verdiyi açıqlamada evdə olan qohumlarının təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində öldüyünü bildirib.
 
Babilin qubernatoru Hasan Mandil as-Saryavi ailə üzvlərinin ölümünün səbəbini müəyyənləşdirmək üçün komissiya yaradılması barədə əmr verib.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.