Yerə doğru potensial təhlükəli iki asteroid yaxınlaşır.
Senzor.az bildirir ki, bu barədə ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (National Aeronautics and Space Administration – NASA) məlumat yayıb.
Qeyd olunur ki, səma cisimlərindən biri asteroid 2013 YD48 – Britaniyanın Vestminster sarayının saat qülləsi Biq-Ben ölçüsündədir, ikinci asteroid 7482 YD48 ABŞ-ın Nyu-York şəhərindəki 102 mərtəbəli göydələn Empayr-state-bildinqdən iki dəfə böyükdür.
2013 YD48 asteroidinin eni təqribən 104 metrdir və yanvarın 11-də planetimizdən 5,6 milyon kilometr məsafədə keçəcək. İkinci asteroid yanvarın 18-də Yerdən 0,013 astronomik vahid məsafədə keçəcək.
NASA-nın Yerə Yaxın Obyektlərin Tədqiqi Mərkəzinin məlumatına görə, bu, yaxın yanaşmadır.
Qeyd edək ki, məlum olan asteroidlərin heç biri Yerlə toqquşmaq təhlükəsi yaratmır.