Messi və Ronaldo da koronavirusa yoluxdular - FOTO
Fransanın PSJ klubunun futbolçusu Lionel Messi koronavirusa yoluxub.
 
Senzor.az bildirir ki, bu barədə Paris təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Bundan əlavə, Xuan Bernat, Serxio Riko və Natan Bityumazalanın da testi müsbət nəticələnib.
 
Qeyd edək ki, PSJ yanvarın 3-də Fransa Kubokunun 1/16 final mərhələsində "Vannes"in qonağı olacaq.
 
Bu arada futbol üzrə ikiqat dünya çempionu, həmçinin Braziliyanın “Kruzeyro” və İspaniyanın “Valyadolid” klublarının prezidenti Ronaldonun (Ronaldo Luís Nazário de Lima) da  koronavirusa yoluxduğu barədə məlumat yayılıb.
 “Kruzeyro”nun mətbuat xidmətinin məlumatına görə, o, xəstəliyi səbəbindən klubun ad gününə (yanvarın 2-də "Kruzeyro"nun 101 yaşı tamam olub)  həsr olunmuş tədbirlərdə iştirak etməyib.  
Qeyd edilir ki, Ronaldo özünü təcrid edib. Xəstəliyi yüngül keçirir, özünü yaxşı hiss edir, onda COVID-19-un yüngül əlamətləri müşahidə olunur.
 
Xatırladaq ki, Ronaldo Braziliya milli komandasının heyətində iki Dünya Kubokunun, həmçinin Konfederasıya Kubokunun qalibidir. Forvard karyerası ərzində “Kruzeyro”, “PSV Eyndhoven”, “Barcelona”, “İnter Milan”, “Real Madrid”, “Milan” və “Korintians” kimi klublarda çıxış edib. Braziliyalı karyerasını 2011-ci ildə 34 yaşında başa vurub.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.