Rusiyada son sutkada daha 19 536 nəfər COVID-19-a yoluxub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Rusiyanın Operativ Qərargahı məlumat yayıb.
Bununla da koronavirusa yoluxanların sayı 6 804 910 nəfərə çatıb. Ölkədə son 24 saatda virusdan virusdan həm də 809 nəfər ölüb və pandemiya qurbanlarının sayı 178 423 olub.
Rusiyada indiyədək koronavirusa yoluxan 6 073 157 nəfər sağalıb.
Xatırladaq ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan, Braziliya və Fransadan sonra beşinci yerdədir.