
“RİA Novosti” bildirir ki, bundan əvvəl Amsterdam bələdiyyəsi, prokurorluq və polis təşkilatçıların tədbirin təhlükəsiz keçirilməsini təmin etməkdən imtina etdiyinə görə yanvarın 2-də şəhərdə COVID-19 ilə mübarizə məhdudiyyətlərinə qarşı nümayişi qadağan edib.
Amma təşkilatçılar bu qadağaya məhəl qoymayıblar. Ona görə də polis qalxan və dəyənəklərdən istifadə edir, bundan başqa aksiyada əsayişi təmin etmək üçün xidməti itlər də cəlb olunub.
Yerli “Twitter” istifadəçiləri hüquq-mühafizə orqanları nümayəndələrinin etirazçıları faktiki olaraq döyməsindən hiddətləniblər.
NL Times nəşri isə qeyd edir ki, polis etirazlar şiddətli toqquşmalara çevrildiyi üçün güc tətbiq etməyə məcbur olub.
Ümumilikdə mitinqdə 3,5 mindən çox insan iştirak edir, lakin aksiyalara daha bir neçə min insanın qatılacağı gözlənilir.