ABŞ-ın müdafiə naziri Lloyd Ostin koronavirusa yoluxub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, hərbi qurum rəhbərinin Pentaqonun rəsmi saytında dərc olunmuş bəyanatında belə deyilir.
Onun sözlərinə görə, COVID-19 əlamətlərini məzuniyyətdə olarkən hiss edib.
“Simptomlar yaranan kimi test tələb etdim”, - deyə Ostin bildirib.
O, qeyd edib ki, müdafiə nazirinin bütün səlahiyyətlərini özündə saxlayır və mümkün qədər virtual formatda əsas görüş və tədbirlərdə iştirak etmək niyyətindədir: “ABŞ müdafiə nazirinin birinci müavini Ketlin Hiks bütün digər hallarda lazım olduqda məni təmsil edəcək”, - bəyanatda vurğulanıb.
Nazir diaqnozu barədə ABŞ Prezidenti Co Baydenə də məlumat verib.