
Əfqanıstanın “Hasht-e subh” qəzeti yazıb ki, münaqişə türkmən sərhədçilərin təqsiri üzündən baş verib.
“Üç gün əvvəl Türkmənistanın sərhəd xidmətinin əməkdaşları bir mülki şəxsi öldürüb, digərini isə döyüb. “Taliban” silahlıları insidentin araşdırılması zamanı onların hərəkətlərinə cavab olaraq atəş açıblar”, - Cuzdan əyalətinin informasiya və mədəniyyət şöbəsinin rəhbəri Hilal Balxi bildirib.
Qeyd edilir ki, atışma bu gün - yanvarın 3-də Hamab əyalətində baş verib. Silahlı qarşıdurmada ölənlərin olub-olmadığı hələ məlum deyil.