ABŞ-da ilk dəfə olaraq sutkada milyondan çox koronavirusa yoluxma halı qeydə alınıb.
Senzor.az bildirir ki, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.
Qeyd olunub ki, bu, yeni arzuolunmaz rekord sayılır.
"Agence France Presse" isə yazır ki, bu həm də “dünya rekordu”dur.
Ölkədə gün ərzində 1688 xəstə dünyasını dəyişib. Ümumilikdə pandemiya zamanı 56 milyondan çox amerikalı koronavirusa yoluxub ki, onlardan 827,7 mininin həyatını xilas etmək mümkün olmayıb.
ABŞ-da ehtimal edirlər ki, fəsadların artmasına səbəb yeni ştamdır. Ötən həftənin sonunda Nyu-York ştatında koronavirusa görə xəstəxanaya yerləşdirilənlərin sayının iki dəfə artması həyəcana səbəb olub.
Amerikanın yoluxucu xəstəliklər üzrə baş mütəxəssisi Entoni Faucinin proqnozlarına görə, ABŞ-da cari dalğa yanvarın sonunda pik nöqtəsinə çata bilər.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının son məlumatlarına görə, dünyada 300 milyona yaxın xəstə var. Onlardan 5,4 milyonunu xilas etmək mümkün olmayıb. ABŞ-dan başqa Hindistan, Braziliya və Böyük Britaniyada da pandemiya ağır keçir. Rusiya isə bu siyahıda beşinci yerdədir.